Nəsimi rayonunda quldurluq edən şəxs saxlanılıb

07.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

İyulun 6-da gecə saatlarında naməlum şəxs 19 və 25 yaşlı paytaxt sakinlərini kəsici alətlə hədələyərək
onların pulunu talayıb.

Hadisə ilə bağlı Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 46 yaşlı M.Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью