Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə olacaq

13.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 noyabr, AZƏRTAC

Təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 13-də saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunda 5-ci Mikrorayonun, 3005-ci məhəllənin və 20 Yanvar küçəsinin təbii qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью