Nəsimi rayonunun bir sıra küçələrində qaz kəsiləcək KONKRET

10.06.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrində qaz verilişində müvəqqəti fasilə yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Fasilə Azadlıq prospekti, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrini əhatə edəcək.

Qaz təchizatının işlər başa çatdıqdan sonra bərpa olunacağı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью