Nəsimi rayonunun yeni icra başçısı kimdir?

09.02.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlumat verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Qafqazinfo” yeni icra başçısının dosyesini təqdim edir:

Tahir Yaqub oğlu Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

O, 1999-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb.

T.Budaqov 2009-2015-ci illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı olub.

2015-ci ildən bu günə qədər Dövlət Statistika Komitəsinin sədri vəzifəsini icra edirdi.

O, eyni zamanda 2021-ci ildən Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəridir.

Evlidir, 3 övladı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью