Nəsimi və Xəzər rayonlarında oğurluq edənlər tutuldu

20.11.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nəsimi rayonu ərazisində yerləşən anbarların birindən 5000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb.

Gununsesi.info xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ə.Kiçibəyov müəyyən olunaraq saxlanılıb.

Xəzər rayonunda isə qoruqların birinə məxsus sahədən 400 manat dəyərində naqil və plafon işıqlar, həmçinin bir nəfərin yaşadığı evin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.İbadov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью