Nəsimidə ağır yol qəzası Xəsarət alanlar var+Video

15.01.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza zamanı xəsarət alan şəxslər vətəndaşlar və ərazidə xidmət aparan yol polisi əməkdaşlarının köməyi ilə avtomobildən çıxarılıb. Bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün polis əməkdaşları tərəfindən zəruri şərait yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью