Nəsimidə daha iki avtoş tutuldu Hərəsinə 15 sutka verildi

20.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdikləri nəqliyyat vasitələri ilə avtoxuliqanlıq edən iki sürücü - E.Qasımov və N.Nəsirov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həmin şəxslər barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onların sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью