Nəsimidə “Mercedes”lə “hoqqa” verən sürücü avtomobilləri riskə atdı VİDEO

17.11.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərərək məlumat verib. Hadisə noyabrın 15-də saat 21:44 radələrində qeydə alınıb. Kadrdan göründüyü kimi, “Mercedes” markalı avtomobilin sürücüsü ardıcıl olaraq manevr qaydasını pozub. Belə ki, zolaqdan-zolağa qəfil keçən sürücü hərəkətdə olan digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb.

Şikayətçinin iddiasına əsasən, sürücü yol boyu təhlükəli manevrlər etməyə davam edib. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью