Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nəsimi rayonunda kobud qayda pozuntularına yol verən moped sürücüsünün görüntüləri sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında “Memar Əcəmi” metrostansiyasının yaxınlığında baş verib.
Belə ki, “Tufan” markalı mopedin sürücüsü hərəkət zamanı təhlükəli manevrlər edərək dəfələrlə qəza şəraiti yaradıb. Görüntülərdən aydın olur ki, o, hərəkətdə olan avtomobillərin arasından keçib, ardınca bütöv və qoşa xəttin tələblərini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb.
Bu zaman moped sürücüsü həm özünün, həm də qarşıdan gələn nəqliyyat vasitələrinin təhlükəsizliyini riskə atıb.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228107.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar