Nəsimidə yaşayış binasında yanğın 3 nəfər...

11.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Nəsimidə yanğın zamanı 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib. Ümumi sahəsi 23 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью