Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində qayda pozan bir qrup sürücü görüntülənib.
Bu barədə Avtosfer.az-ın qaynar xəttinə izləyicilərdən biri məlumat verib. Hadisə avqustun 14-də saat 11:50 radələrində “Premium Clinic” xəstəxanasının qarşısında qeydə alınıb.
Görüntülərdən məlum olur ki, 01-CC-151 dövlət qeydiyyat nişanlı “Changan” markalı, 99-SH-591 dövlət qeydiyyat nişanlı “KIA” markalı, 77-HT-074 dövlət qeydiyyat nişanlı “BMW” markalı, 90-YY-006 dövlət qeydiyyat nişanlı “Toyota” markalı, 77-VD-099 dövlət qeydiyyat nişanlı “Changan” markalı və 90-ZU-889 dövlət qeydiyyat nişanlı “KIA” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini piyada səkisinin üzərində saxlayaraq onların hərəkətinə mane olublar.
Hadisəni qeydə alan şəxs uşaq arabasında gəzdirdiyi azyaşlı ilə birlikdə yolu avtomobillərin hərəkət etdiyi hissədən keçməyə məcbur olub.
Xatırladaq ki, nəqliyyat vasitəsinin səkidə saxlanılması və ya dayanması qadağandır və bu qaydanı pozan sürücülər inzibati məsuliyyətə cəlb oluna bilərlər.
Nərmin