Nəsiminin Suriyadakı məqbərəsi... VİDEO

09.12.2024

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan şairi İmadəddin Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məqbərəsinin yeni görüntüsü yayılıb.

Globalinfo.az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, məqbərənin görüntüsünü Hələbə daxil olan döyüşçülərdən biri çəkib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifətinin silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçiblər. Dekabrın 7-də axşam saatlarında Suriya Prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri – Hələb, Həma, Deyr əz-Zor, Dəraa və Homsu ələ keçiriblər.

Dünən səhər saatlarında silahlı qruplar Dəməşqə daxil olublar, Bəşər Əsədin ölkəni tərk edərək Moskvaya uçduğu məlum olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью