Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Artıq üçüncü gündür ki, Azərbaycana kimlərin nəşinin gətirilməsi ilə bağlı müzakirələr cəmiyyətin gündəmini zəbt edib.
Tarixi şəxsiyyətlərimiz haqqında elə qeyri-real təkliflər səsləndirilir ki, bu, elm və ziyalı dairələrində ciddi narahatlıq doğurur.Bakupost.az xəbər verir ki, bu barədə şərqşünas alim, nəsimişünas Səadət Şıxıyeva sərt mövqeyini bildirib.Nəsiminin son sözü kəlmeyi-şəhadət olub –Səadət Şıxıyeva - MüsahibəAlim qeyd edib ki, Azərbaycan ziyalılarının taleyi tarixi şəraitə görə müxtəlif ölkələrdə sonlanıb və onların məzarlarına toxunmaq milli dəyərlərə xidmət etmir:“Orta çağlardan etibarən Azərbaycan ziyalıları müxtəlif səbəblərlə başqa ölkələrə üz tutublar və həmin məkanlarda ömürlərini başa vurublar.
Bu gün bizim üçün ən böyük sərvət onların əsərləri və ideyalarıdır.
Əgər məzarları məlumdursa, onu qorumaq, bərpa etmək, imkan düşəndə ziyarət etmək və ruhlarına dua etmək bizim vəfa borcumuzdur.
Amma onların gorunu açıb ruhsuz cisimlərinə əziyyət verməklə milli təəssübkeşlik nümayiş etdirmək olmaz.
Bu, cəhalət və dardüşüncəlilikdən başqa bir şey deyil. Lütfən, qərib məzarları və ruhları rahat buraxın” – deyə alim bildirib.Xatırladaq ki,
Məsələ ilə bağlı Suriyaya ilkin müraciət olunduğu da iddia edilir.Lakin bu addım Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son y