Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 48 kiloqram çəkidə mübarizə aparan millimizin üzvü 1/4 finalda Katarjina Qornisieviçi (Polşa) 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib.
O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib. Boksçumuz sabah final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 idmançısı 1/4 final görüşünə çıxacaq.
Qabil YUSİFOĞLU
XQ