Nəsli kəsilməkdə olan qırmızı panda öldü SƏBƏB

15.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şotlandiyada nəsli kəsilməkdə olan "qırmızı panda" balası Roksi zooparkın yaxınlığında atılan atəşfəşanlıq səbəbiylə stresdən ölüb.

"Cebheinfo.az” xəbər verir ki, bu barədə zooparkın mətbuat xidməti məlumat verib. 

Məsələ ilə bağlı verilən açıqlamada deyilir:

“Biz nəsli kəsilməkdə olan qırmızı panda balamız Roksinin şənlik gecəsində ölümündən sonra atəşfəşanlığa daha sərt məhdudiyyətlər qoymağa çağırırıq. Mütəxəssislərimiz və baytar komandamız hesab edir ki, üç aylıq Roksi yaxınlıqdakı atəşfəşanlığın yaratdığı stress nəticəsində ölmüş ola bilər. Biz atəşfəşanlıqların ictimaiyyətə satışını qadağan etmək və yalnız təşkil edilmiş tədbirlərdə nümayişə icazə vermək çağırışlarını dəstəkləyirik."

Əfsanə Rəcəb
"Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью