Neslihan Atagül: Kadir oğlumuza baxır, konsertə tək gəldim (Video)

07.07.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məşhur türkiyəli aktrisa Neslihan Atagül Şebnem Ferahın konsertində tək görünməsi ilə maraq doğurub.

Milli.Az xəbər verir ki, konsertə həyat yoldaşı olmadan qatılan aktrisa bunun səbəbini açıqlayıb. Neslihan Atagül bildirib ki, həmin vaxt əri və həmkarı Kadir Doğulu evdə qalaraq oğulları Azizə baxıb.

Sənətçinin bu səmimi etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox izləyici Kadir Doğulunun övladının qayğısına qalmasını təqdir edərək cütlüyün ailədaxili münasibətlərini nümunə göstərib.

Neslihan Atagülün açıqlaması qısa müddətdə geniş maraq doğuraraq sosial media istifadəçiləri arasında müxtəlif rəylərlə qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью