Nəsrin Cavadzadənin başına iş gəldi Əsa ilə gəzməli oldu

28.02.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin başına iş gəlib.

BAKU.WS xəbər verir ki, serial çəkilişinhdən sonra aktrisanın həddindən artıq idman etməsi nəticəsində çanaq sümüklərində ödəm yaranıb.

Bundan sonra xəstəxanaya gedən Nəsrinə həkim 6 həftə istirahət etmək tövsiyə edib. 

Aktrisa serial çəkilişlərini qısamüddətlik dayandırıb. O əsa ilə yerimək məcburiyyətində qalıb. 

Xatırladaq ki, Nəsrin hazırda "Sandık kokusu" serialında "Ayça" obrazını canlandırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью