Nəsrin onu rusca təhqir edən blogerə cavab verdi O da üzr istədi

11.08.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə sosial mediada onu təhqir edən şəxsi ifşa edib.

Axşam.az-ın məlumatına görə, türk seriallarını şərh etdikdən sonra baxış sayının artdığını görən “Adam Jones” adlı bloger Nəsrinin “Daha 17” serialında canlandırdığı “Şebnem” obrazının ünvanına təhqiramiz ifadələr işlədib. Lakin o, videonu yayımlayarkən aktrisanın rus dilini biləcəyini hesaba qatmayıb.

Nəsrin videonu izlədikdən sonra bloqerə videomüraciətlə cavab verib:

“Mən səni “axmaq” adlandırmayacağam. Çünki bu, heç də etik deyil. Əvəzində sənə mənim barəmdə necə formada, gözəl, güclü olduğumu və necə yaxşı geyindiyimi barədə danışmağı tövsiyə edirəm. Bu daha yaxşı olar. Diqqətinə görə təşəkkür edirəm ki, bu qədər bölümü oturub bizi izləmisən”.

Bloger Nəsrinin rus dilini bilməsinə təəccübləndiyini bildirib və onun ünvanına səsləndirdiyi ifadələrə görə Nəsrindən üzr istəyib.

Qeyd edək ki, Nəsrin türk, rus, ingilis, fransız və ispan dillərini bilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью