Nəsrullahın dəfn mərasimində İsrail qırıcıları panika yaratdı VİDEO

23.02.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar "Hizbullah"ın keçmiş lideri Həsən Nəsrullahla vida mərasimi zamanı Beyrut səmasında uçub.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilir ki, qırıcılar Beyrutun cənub bölgələri üzərində çox aşağı hündürlükdə uçaraq şəhərə hava hücumu imitasiyası ediblər. Bu, mərasimin keçirildiyi stadionda Nəsrullahın və onun ən yaxın silahdaşı, "Hizbullah"ın İcraiyyə Şurasının keçmiş sədri Haşim Səfiəddinin cənazələrinin gətirildiyi an baş verib.

Qeyd edək ki, hər iki siyasətçi İsrailin 27 sentyabr və 3 oktyabr tarixlərində Beyruta təşkil etdiyi hava hücumları nəticəsində həlak olub.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью