Nəsrullahın mühafizəçisi Tehranda hava zərbəsində öldürülüb

21.06.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Hizbullahın keçmiş Baş katibi Həsən Nəsrullahın mühafizəçisi Əbu Əli əl-Xəlil Tehranda hava hücumu nəticəsində öldürülüb.
APA xəbər verir ki, bu barədə “Al-Arabiya” Hizbullah mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, Həsən Nəsrullahın yaxın köməkçisi və mühafizəçisi Əbu Əli Xəlil İranda hava hücumu nəticəsində oğlu ilə birlikdə öldürülüb.

Qeyd edilib ki, Əl-Xəlil onilliklər ərzində Nəsrullahın şəxsi mühafizəçisi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью