Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Nestle”, 40 ilə yaxındır şirkətdə CEO vəzifəsində çalışan Laurent Freixi işdən çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, şirkət buna CEO-nun öz köməkçisi ilə yaşadığı gizli münasibəti əsas gətirib.
Tanınmış qida zinciri yaydığı açıqlamada yeni CEO-nun Filipp Navratil olacağını qeyd edib:
“İstintaq, gizli romantik münasibətin “Nestle”nin davranış kodeksini pozduğunu müəyyən etdi. Bu, zəruri qərar idi. “Nestle”nin dəyərləri və idarəçiliyi şirkətimizin möhkəm təməlləridir. “Nestle”də uzun illər xidmət etdiyi üçün Laurentə təşəkkür edirik”.