“Nestle Waters” ilə bağlı qeyri qanuni fəaliyyətin aşkarlanmasından sonra Yelisey sarayı t…
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paris, 5 fevral, AZƏRTAC “Radio France” və “Le Monde” qəzeti tərəfindən aparılan birgə araşdırmaya görə Yelisey sarayı və Fransa Nazirlər Kabineti “Nestlé Waters” şirkətinə uyğun olmayan mineral suları satmaq üçün qadağan olunmuş filtrasiya proseslərindən istifadə etməyə icazə verib.
Prezident Emmanuel Makron hər hansı sövdələşməni inkar etməsinə, “Nestle”nin isə məhkəmədən yayınmaq üçün 2 milyon avro cərimə ödəməyə razı olmasına baxmayaraq məsələ getdikcə böyüyür.
AZƏRTAC xəbər verir ki, araşdırmaya görə “Perrier”, “Vittel”, “Contrex” və “Hépar” şirkətlərinin sahibi “Nestle Waters” Vojda və Qardda yerləşən su mənbələrində bakterial və kimyəvi çirklənməni maskalamaq üçün bir neçə il ərzində icazəsiz istehsaldan –0,8 mikrondan aşağı mikrofiltrasiyadan, UV filtrlərindən və aktivləşdirilmiş karbondan istifadə etmişdir.“Le Monde”un istinad etdiyi Oksitaniya Səhiyyə Agentliyinin (ARS) hesabatında suyun çirklənməsinin davam etdiyi və “Nestle”nin 2024-cü ilin aprelində 3 milyon şüşəni məhv etmək məcburiyyətində qaldığı göstərilir.
Milli Səhiyyə və Regional Səhiyyə Agentliyinin 2024-cü ilin yanvarında təbii suyun mikrobioloji cəhətdən sağlam olmadığını bildirərək, “Nestle” suyunun istismarının dərhal dayandırılmasını tövsiyə edib.
Buna baxmayaraq, “Nestle” şitkəti ilə Yelisey sarayının baş katibi Aleksis Kohler arasında görüşlərdən sonra şirkətə güzəştlər verilib.
“RFI” radiosuna görə, bu qərar Yelisey sarayı və Nazirlər Kabineti ofisləri arasında bir neçə yazışma mübadiləsi də daxil olmaqla, aktiv lobbiçiliyin nəticəsidir.
“Franceinfo”nun müraciət etdiyi daxili qeyddə bu təzyiqlərin “Nestle”nin səhiyyə orqanlarına etdiyi “şantaj” kimi təsvir edilir.“Nestle” istintaqı altında ittihamlarla üzləşən Emmanuel Makron fevralın 4-də deyib ki, onun bunlardan xəbəri yoxdur.
Tam oxu
Xəbəri oxu