Nestledən sonra daha iki marka Avropa marketlərində yığışdırılır

26.01.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqında “Nestle” markalı uşaq yeməkləri ilə bağlı başlayan araşdırmadan sonra, “Lactalis” və “Danone” də müəyyən körpə südü partiyalarını təhlükəsizlik məqsədilə marketlərdən yığışdırdı.

KONKRET.az xəbər verir ki, hakimiyyət orqanları uşaq qidaları ilə əlaqəli ola biləcəyi ehtimal edilən iki ayrı körpə ölümünü araşdırır.

Məlumatlara görə, körpə qidalarından şübhələninlən iki fərqli ölüm hadisəsi ayrı dosyalar üzrə qiymətləndirilir. Rəsmi orqanlar bildirir ki, hələlik hər iki hadisədə ölüm ilə məhsullar arasında müəyyən səbəb-nəticə əlaqəsi təsdiqlənməyib.

“Nestle” ilə bağlı dosyaya diqqət yetirilərkən, əvvəllər “Bacillus cereus” bakteriyası riski səbəbindən geri çağırılan məhsulların istehlak olunmuş ola biləcəyi ehtimalı nəzərdən keçirilir. “Lactalis” isə aparılan yoxlamalar çərçivəsində bəzi məhsullarını sağlamlıq tədbiri olaraq yığışdırıb.

“Danone” də Avropa İttifaqında bəzi partiya körpə südü məhsullarını geri çağırdığını açıqlayıb. Məlumatlara görə, geri çağırma “Gallia” və “Bledilait” markalarının bir yaşa qədər körpələr üçün nəzərdə tutulan bəzi süd partiyalarını əhatə edir. Rəsmi orqanlar bildirir ki, bu addım önləyici sağlamlıq tədbiri məqsədilə atılıb və hazırda “Danone” məhsulları ilə əlaqəli təsdiqlənmiş körpə ölümü yoxdur.

Səhiyyə orqanları valideynlərə geri çağırma siyahısında olan məhsulları istifadə etməmək və məhsulların seriya nömrələrini diqqətlə yoxlamaq tövsiyə edir. Eyni zamanda həm tibbi ekspertiza, həm də epidemioloji araşdırmaların davam etdiyi vurğulanır.

Qeyd etmək lazımdır ki, bu məhsullar Azərbaycanda da geniş tanınır və istifadə olunur, xüsusilə “Nestle”, “Lactalis” və “Danone” markaları valideynlər arasında məşhurdur. Buna görə də geri çağırma tədbirləri və valideynlər üçün xəbərdarlıqlar həm Avropa İttifaqı, həm də Azərbaycanda böyük əhəmiyyət daşıyır.

(bakupost.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью