“Nestlé”nin çirklənmiş uşaq qidası: 2 körpə öldü... ETİRAZ

30.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Nestlé”nin körpə qidası istehsalında çirklənmə aşkar edilib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, transmilli şirkət sereulid çirklənməsindən  noyabr ayının sonunda xəbərdar olduğunu etiraf edib. “Nestlé”dən qəzetə bildirilib:

 “2025-ci ilin noyabr ayının sonunda daxili monitorinqimiz Hollandiyadakı fabriklərimizdən birində bəzi məhsullarımızda sereulid maddəsinin olduğunu aşkar edib. Dekabrın əvvəlində alınan nəticələr hələ də nəzarətimiz altında olan məhsullarda sereulid maddəsinin olduğunu təsdiqləyib. Lakin şirkət Hollandiya hakimiyyət orqanlarına yalnız 9 dekabrda məlumat verib”.

“Nestlé” iddia edir ki, sağlamlıq riski təhlili aparıb və sereulid təsirləri artıq yaxşı məlumdur və sənədləşdirilib.

“Foodwatch” İstehlakçılar birliyi çirklənmiş körpə qidası ilə bağlı aidiyyəti şəxslərə şikayət ərizəsi təqdim etdiyini açıqladı və istehsalçıları və dövləti vaxtında tədbir görməməkdə günahlandırdı. İki körpənin ölümündən sonra Fransanın cənub-qərbində artıq iki araşdırma aparılır, baxmayaraq ki, səbəb-nəticə əlaqəsi hələ rəsmi olaraq müəyyən edilməyib. Hökumət iddia edir ki,  təsirlənmiş bütün partiyalar o vaxtdan bəri satışdan çıxarılıb.

Aydın Baxış  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью