Netanyahoya məktub ünvanladılar

04.07.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəzza Zolağındakı israilli əsirlərin yaxınları İsrail Baş naziri Benyamin Netanyahuya məktub yazaraq genişmiqyaslı bir əsir mübadiləsi razılaşmasının əldə olunmasını tələb ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Əsir yaxınlarının Netanyahunun Vaşinqton səfəri ərəfəsində “təcili çağırış” başlığı ilə qələmə aldıqları məktubun, İsrail danışıqlar heyətinin rəhbəri, Strateji İşlər naziri Ron Dermerə də göndərildiyi bildirilib.

Məktubda qeyd olunub ki, Baş nazir əsirlikfə olan şəxslərin geri qaytarılmasını və münaqişənin sona çatmasını təmin edəcək genişmiqyaslı bir razılaşma imzalamalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью