Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
İsrailin baş naziri Benyamin Netanyahu 24 yanvar axşamı Qəzza sülh planının ikinci mərhələsini müzakirə etmək üçün Qüdsdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşneri qəbul edəcək.
APA xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.
“Ynet”in məlumatına görə, ABŞ nümayəndələri İsrailin baş naziri ilə Misir və Qəzza zolağı arasındakı sərhəddəki Rəfah sərhəd-keçid məntəqəsinin açılmasını, eləcə də ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq və onun yaratdığı “Sülh Şurası”nın himayəsi altında Fələstin anklavının yenidən qurulmasının başlanması məsələsini müzakirə etmək niyyətindədirlər.