Netanyahu ABŞ ın daxili təhlükəsizlik naziri ilə Qəzzadakı müharibəni müzakirə edib

26.05.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem ilə Qəzza sektorundakı müharibənin gedişatı barədə müzakirə aparıb.
APA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Təl-Əvivdə keçirilən görüşdə Noem İsrail Dövlətini qətiyyətli şəkildə dəstəklədiyini bildirib.

O, Misir sərhədində divarın tikintisi siyasətini və Baş nazirin müharibənin aparılmasına dair fəaliyyətini yüksək qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью