Netanyahu ABŞ xalqına İranla bağlı xəbərdarlıq etdi

11.07.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ ictimaiyyətinə birbaşa müraciət edərək, İranın nüvə ambisiyaları ilə bağlı xəbərdarlıq edib.

Missiya.Az xəbər verir ki, siyasətçi bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“İran sizə və hər bir amerikalıya hücum etmək üçün nüvə başlıqlarına malik uzaqmənzilli ballistik raketlər əldə etmək istəyir”, - deyə Netanyahu vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью