Netanyahu ABŞ yə səsləndi: “Türkiyəyə F 35 verməyin!”

07.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Türkiyəyə "F-35" qırıcılarının və ya onların mühərriklərinin verilməli olduğunu düşünmürəm. Çünki bu, Yaxın Şərqdəki güc balansını pozacaq. Bu balans isə nəticə etibarilə İsrailin havadakı üstünlüyü, eləcə də Amerikanın bu məsələdəki mövqeyi ilə təmin edilir.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu çıxışında bəyan edib.
Onun sözlərinə görə, türklər HƏMAS-ı maliyyələşdirir və HƏMAS üçün qırmızı xalı sərirlər.
"Əslində, onlar pis uşaqları dəstəkləyirlər. Türkiyə İrana kömək etmək üçün barmağını belə tərpətməyib", - deyə Netanyahu əlavə edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью