Netanyahu ABŞa yeni səfir təyin etdi Yeni Sabah

08.11.2024

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu respublikaçı Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərindən sonra keçmiş təhsil nazirinin müavini Yehiel Layteri İsrailin ABŞ-dakı yeni səfiri təyin edib.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, yeni səfir istedadlı diplomat və natiqdir. Həmçinin, Layter özü də ABŞ-dandır və Amerika administrasiyasına və ölkəsinə yaxşı bələddir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью