Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatını timsahla müqayisə edərək, Avropanı ona yem verməməyə çağırıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Euronews” saytı məlumat yayıb.
"Timsahı yedizdirməyin, çünki o, İsraili udduqdan sonra növbə sizin üçün gələcək", - deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, Avropa “Fələstin terrorizminə” və onun ərazisində yaşayan radikal islamçı azlığa tabe olub.
Netanyahu Fələstin Dövlətinin tanınmasını HƏMAS üçün avropalıların mükafatı hesab etdiyini qeyd edib.
Daşqın Həsənov
Missiya.Az