Netanyahu: Baş hərbi prokuror on minlərlə dollar dəyərində hədiyyələr alıb

18.11.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin baş naziri Binyamin Netanyahu, 17 noyabr tarixində "hədiyyələr işi" (iş 1000) ilə bağlı verdiyi ifadələrinə davam edib.

Bizimyol.info xəbər verir ki, iclas zamanı o, bir neçə yüksək rütbəli siyasətçi və təhlükəsizlik orqanları nümayəndəsinin adlarını çəkib və iddia edib ki, həmin şəxslər on minlərlə dollar dəyərində hədiyyələr alıblar.

Onların arasında keçmiş baş hərbi prokuror İfat Tomer-Yeruşalmi, keçmiş baş nazir Ehud Olmert və keçmiş Mossad rəhbəri Yossi Koen də yer alıb.

Netanyahu bildirib: "Baş hərbi prokuror öz dostundan on minlərlə dollar dəyərində hədiyyələr alıb", və əlavə edib: "Mənim ona qarşı heç bir iradım yoxdur", qeyd edərək, bunun hüququn seçilmiş şəkildə tətbiq edilməsi olduğunu vurğulayıb.

İfadə verərkən, Netanyahunun vəkili, baş hakim Rivka Feldmana təhlükəsizlik məsələləri ilə bağlı "gizli səbəblər" üzündən çərşənbə günü planlaşdırılan iclasın təxirə salınması xahişi ilə bir zərf təqdim edib. Hakim bu tələbi qəbul edib. Netanyahu isə izah edib ki, bu, gözlənilməz hadisə ilə bağlıdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью