Netanyahu: Biz HAMAS ı birdəfəlik yox etməyə söz vermişik

27.01.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.


İsrailin Baş naziri Benyamin Netanyahu HAMAS terror qruplaşmasını nasist adlandırıb.
APA xəbər verir ki, bu barədə Baş nazir "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Netanyahu həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin “İsrailə qarşı antisemitizm hücumlarını” pisləyib.
Holokostun Anım Günündə edilən paylaşımda bu sözlər qeyd olunub: "HAMAS yeni nasistlərdir. Biz onları birdəfəlik yox etməyə söz vermişik".

Netanyahu bütün sivil xalqları antisemitizmlə mübarizə aparmağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью