Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı tribuna önündə peycer nümayiş etdirərək Livanın “Hizbullah” təşkilatının rəhbərliyinə qarşı keçirilən əməliyyatı xatırladıb.
Lent.az xəbər verir ki, çıxışı zamanı “Peycerləri xatırlayırsınız? Sizə deyə bilərəm ki, “Hizbullah” onları dəqiq xatırlayır”, - Netanyahu bildirib.
Onun çıxışından əvvəl bir neçə ölkənin nümayəndə heyəti İsrailin Qəzza zolağındakı fəaliyyətlərinə etiraz olaraq zalı tərk edib.
Qeyd edək ki, 2024-cü ilin 17-18 sentyabr tarixlərində Livanda rabitə cihazlarının partladılması ilə nəticələnən hücumlar baş verib. İlk gün partlayan peycerlər nəticəsində 12 nəfər ölüb, təxminən 2800 nəfər yaralanıb. Növbəti gün isə radioqəbuledicilər, telefonlar və digər cihazların partlaması nəticəsində 25 nəfər ölüb, 608 nəfər yaralanıb. “Hizbullah” hücumların təşkilinə görə İsraili günahlandırıb.