Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq Lemmi | Icma.az
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniyaya səfər edərsə, London lazımi prosedurlara əməl edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Lemmi Londonun Beynəlxalq Cinayətlər Məhkəməsinin İsrail baş nazirinə qarşı həbs qərarına əməl edib-etməyəcəyi sualına cavabında bildirib.
“Biz "Roma Statusu"nu imzalayan tərəfik, həmişə beynəlxalq hüquq çərçivəsində öhdəliklərimizə sadiq olmuşuq.
Əlbəttə, Böyük Britaniyaya belə bir səfər olsaydı, məhkəmə prosesi olardı və bu məsələlərlə bağlı lazımi proses həyata keçirilərdi”, - deyə nazir qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu