Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ ilə birlikdə İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.
"Cebheinfo.az" xəbər verir ki, "Fox News"-a danışan Netanyahu İsrailin Livanda İranın dəstəklədiyi "Hizbullah" hədəflərinə zərbələr endirməsi və İranın Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücumü ilə münaqişənin genişləndiyini bildirib. Bununla belə, o, müharibənin “illərlə davam etməyəcəyini” gözlədiyini deyib.
Müharibənin dördüncü günündə açıqlama verən Netanyahu qeyd edib: “Tez və qətiyyətli ola biləcəyini demişdim. Bir qədər vaxt ala bilər, amma illərlə davam etməyəcək. Bu, sonsuz müharibə deyil”.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin