Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "Telegram" kanalı "Abu Ali Express"ə verdiyi müsahibədə danışıb.
"Hazırda növbəti onillik üçün silah planlarımızla bağlı müzakirələr aparıram - dünən çox ciddi dörd saatlıq görüş də daxil olmaqla və bunlar bir neçə komponenti əhatə edir", - deyə Netanyahu qeyd edib.
O, əsas məqsədin ordu üçün davamlı və muxtar sursat təchizatı sistemi yaratmaq olduğunu vurğulayıb.
"Ən əsası, müstəqil imkanlarımızı gücləndirmək istəyirik... Ən əsası, xarici təchizatdan asılılığımızı aradan qaldırmaq və ya heç olmasa, bunu əhəmiyyətli dərəcədə azaltmaq istəyirəm - hətta ABŞ kimi yaxşı və həqiqətən sadiq dostlardan belə. Mümkün qədər özümüzü təmin etməyimizi istəyirəm", - baş nazir qeyd edib.
O, bildirib ki, İsrail Müdafiə Qüvvələrinin döyüş qabiliyyəti "regiondakı istənilən digər aktoru üstələməyə" davam etməli və bunun "mürəkkəb yenidənqurma - əhəmiyyətli resurslar və çoxsaylı qərarlar tələb etdiyini" vurğuladı.
Baş nazir həmçinin regiondakı bütün ölkələrə aydın hərbi-siyasi siqnalın saxlanmasının vacibliyini vurğulayıb. "Biz regiondakı bütün oyunçulara - dost, daha az dost və düşmən - İsrailin burada ən güclü ölkə olduğuna dair siqnal göndərməliyik... Siyasət budur. Buna güc vasitəsilə sülh deyilir", - deyə o əlavə edib.
Qadir, Bizimyol.info