Netanyahu bütün girovların qaytarılacağına ümid edir

09.10.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında saxlanılan bütün girovların geri qaytarılmasına ümid edir.

APA xəbər verir ki, bu, Netanyahunun ofisinin ABŞ prezidenti Donald Trampın Qəzza sülh planının birinci fazası ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlamasından sonra ilk qısa şərhi olub.

"Tanrının köməyi ilə, onların hamısını evlərinə gətirəcəyik", - Netanyahu deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью