Netanyahu cəhd edəcək ki, müharibə davam etsin Zərdüşt Əlizadə

19.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"ABŞ və İran arasında imzalanan anlaşma memorandumu niyyət protokoludur. Memorandumun müddəti 60 gündür. İlk addımlar üzrə həm Amerika, həm də İran öhdəlik götürüb. Amerika Ərəbistan dənizində İran tankerlərinə törətdiyi maneələri aradan qaldırır, yəni böyük blokadanı ləğv edir. Eyni zamanda hərbi əməliyyatlar dayandırılır. Tərəflər bir-birinə zərbələr endirməkdən çəkinirlər. Amerika İranın dondurulmuş, qəsb edilmiş pullarını hissə-hissə qaytarır. Bu kimi tədbirlər imkan verir ki, 60 gün ərzində İranla Amerika danışıqlar aparsın və daha ciddi məsələləri yoluna qoysun".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-İran arasında imzalanan anlaşma memorandumundan danışarkən səsləndirdi.

Onun sözlərinə görə, tərəflər arasındakı razılaşma qətiyyən İsrailə sərf etmir:

"Razılaşma xüsusən də İsrailin Baş naziri Benyamin Netanyahuya sərf etmir. Benyamin Netanyahunun əleyhinə İsrail məhkəməsində cinayət işi qaldırılıb. Onu yalnız ona görə həbs etmirlər ki, o, baş nazir vəzifəsindədir. Baş nazir vəzifəsi imkan vermir ki, onu həbs etsinlər. Ona görə də o, ikiəlli yapışıb baş nazir vəzifəsində qalmağa çalışır".

Siyasi şərhçinin fikrincə, bu səbəbdən Netanyahu cəhd edəcək ki, müharibə davam etsin:

"Çünki müharibə davam etdikcə o, baş nazir vəzifəsində qalır, baş nazir vəzifəsində qaldığı üçün də onu həbs etmirlər. Canını qurtarmaq üçün çalışır ki, müharibə olsun, müharibə dayanmasın. Eyni zamanda İsrailin ən güclü müttəfiqi Amerikadır. İsrail Amerikanın hərbi yardımından xeyli asılıdır. Lakin o, bu razılaşmanı iflasa uğratmaq üçün əlindən gələni də etməyə hazırdır".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью