Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahu çıxış etmək üçün kürsüyə çıxarkən 77 ölkənin nümayəndələri iclas zalını tərk edib və ya iclasda olmayıb.
Axar.az xəbər verir ki, bu barədə “Middle East Monitor” məlumat yayıb.
Məlumata görə, Netanyahunun çıxışı zamanı Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İran, Qətər, Misir, Suriya, İordaniya, Cənubi Afrika, Uqanda və Keniyadan olan nümayəndə heyətləri, eləcə də Braziliya, Çili və Kolumbiya da daxil olmaqla, Latın Amerikası ölkələri, İspaniya, İrlandiya və Sloveniya da daxil olmaqla, Avropanın 6 ölkəsi və s. zalı tərk edib.
İran Prezidenti Məsud Pezeşkianın Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışına isə cəmi 2 dövlət etiraz edərək zaldan çıxıb - ABŞ və İsrail!