Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Baş naziri Binyamin Netanyahu parlamentin açılış mərasimində mübahisələrə səbəb olan açıqlamalar verib.
“Cebheinfo.az” xəbər verir ki, Netanyahu İsrail vətəndaşı olan fələstinliləri təmsil edən partiyaları hədəf alaraq irqçi və ayrı-seçkilik xarakterli çıxış edib.
O, müxalifət blokuna müraciət edərək həmin partiyaların deputatları ilə bağlı, “Ölkəmizin taleyini bu insanların əlinəmi etibar edəcəksiniz? Böyük bir sionist kütləni təmsil edən sionist partiyalar əvəzinə onlara üstünlük verirsiniz?”, - deyə qeyd edib.
Netanyahunun çıxışına münasibət bildirən “Yaşar” partiyasının lideri Kadı Ayzankot onun sözlərini “parçalayıcı, nifrət dolu və utancverici” adlandırıb.
O bildirib ki, bu çıxışdan sonra Netanyahunun vəzifədə qalmasının mümkün olmadığına dair inamı daha da möhkəmlənib. O, qısa müddətdə “təcili vəziyyət hökuməti”nin yaradılmasının vacibliyini vurğulayıb və Netanyahunun baş nazir kimi fəaliyyətini davam etdirməsinin İsrail cəmiyyətində parçalanmanı dərinləşdirdiyini qeyd edib.
İranın “nüvə təhlükəsini yenidən canlandırmağa çalışdığını” iddia edən Netanyahu bu təhdidin aradan qaldırılması ilə bağlı da fikirlər səsləndirib.
“Bu ekzistensial təhlükəni birdəfəlik aradan qaldırmağın yeganə yolu rejimi devirməkdir”, - deyə o bildirib.
Qeyd edək ki, seçkilərdə İsrail parlamentinin 26-cı çağırışına deputat seçilən şəxslər açılış iclasında and içiblər. Andiçmə mərasimindən sonra İsrailin Dövlət Himni səsləndirilib. Bu zaman İsrail vətəndaşı olan fələstinliləri təmsil edən partiyalardan “Ortaq Siyahı”nın nümayəndələri zalı tərk ediblər.
Mansur Abbasın rəhbərlik etdiyi “Raam” partiyasının deputatlarının isə iclas zalında qalması diqqət çəkib.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin