Netanyahu: Colan təpələri həmişə İsrailin bir hissəsi olacaq

09.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

İsrail Colan təpələrinə nəzarəti əbədi olaraq əlində saxlamaq niyyətindədir.

APA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı deyib.

“Colan təpələri üzərində nəzarətimiz və hakimiyyətimiz təhlükəsizliyimizi təmin edir. Colan təpələri həmişə İsrailin bir hissəsi olacaq”, - Netanyahu vurğulayıb.

Qeyd edək ki, Baş nazirin müraciəti onun “X” hesabında canlı yayımlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью