Netanyahu DÇ favoritini açıqladı Video

19.07.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Baş naziri Benyamin Netanyahu dünya çempionatının finalında Argentinaya dəstəyini ifadə edib.

Axar.az xəbər verir ki, Netanyahu bu barədə Argentinanın İsraildəki səfiri Şimon Aksel Vahnişlə görüşü zamanı bildirib.

Netanyahu Argentina azarkeşi olduğunu gizlətmədiyini söyləyib və bir çox israillilərin də eyni hissləri keçirdiyini əlavə edib.

“Mən Argentinanın azarkeşi olduğumu gizlətmirəm, düşünürəm ki, əksər İsrail vətəndaşları belə düşünür. Çünki Prezident Xavyer Miley İsrailin Argentina ilə münasibətlərində inqilab edib və bizim daha böyük və ya daha yaxşı dostlarımız yoxdur. Buna görə də biz onları dəstəkləyirik”, - o vurğulayıb.

Qeyd edək ki, bu gecə Bakı saatı ilə 23:00-da İspaniya və Argentina dünya çempionatının finalında üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью