Netanyahu elan etdi: HƏMAS lideri öldürüldü

28.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail hərbçiləri Qəzza zolağında HƏMAS lideri Məhəmməd Sinvarı öldürüb.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Knessetdə çıxışında deyib.

“Biz HƏMAS-ın idarəçilik qabiliyyətinin aradan qaldırılmasında dönüş nöqtəsinə çatmışıq. Biz Məhəmməd Sinvarı aradan götürdük”, - Netanyahu bildirib.

Qeyd edək ki, bir müddət öncə HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri Yəhya Sinvarın qardaşı Məhəmməd Sinvarın cəsədinin Qəzzanın cənubundakı tunellərdən birində tapıldığı barədə məlumat yayılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью