Netanyahu Ərdoğanın çıxışlarından istifadə edir Video

17.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İsrail Baş naziri Benyamin Netanyahu seçkiqabağı təbliğat-təşviqat kampaniyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onu tənqid etdiyi çıxışlarından istifadə edir.

Axar.az xəbər verir ki, sözügedən videonu Netanyahu özünün X səhifəsində paylaşıb.

Videoda “Onların qazanmasına imkan verməyin, onlar Netanyahunun məğlub olmasını istəyirlər” şüarından istifadə edilir.

Videoda Ərdoğanla yanaşı, Nyu York meri Zöhran Məmdani, İranın ali rəhbəri Müctəba Xamenei və Hizbullahın baş katibi Naim Qasımın da görüntüləri yer alıb.

Qeyd edək ki, 27 oktyabrda İsraildə parlament seçkiləri keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью