Netanyahu: “Fələstinin tanınmasına qarşı mübarizə aparacağıq

22.09.2025

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

İsrail bütün siyasi meydanlarda, o cümlədən BMT-də Fələstin dövlətinin tanınmasına qarşı mübarizə aparacaq.
Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin həftəlik Nazirlər Kabinetinin iclasında deyib.
"Biz (İsrail - red.) həm BMT-də, həm də bütün digər forumlarda bizə qarşı yönəldilmiş böhtan xarakterli təbliğata və mövcudluğumuza təhlükə yaradan, terrorizm üçün absurd mükafata çevriləcək Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq", - Baş Nazirin Dəftərxanası onun sözlərini sitat gətirib.
Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək və Prezident Donald Trampla görüşmək üçün gələn həftənin ortalarında ABŞ-yə gedəcəyini də təsdiqləyib.
"Mən BMT Baş Assambleyasında iştirak edəcəyəm və bundan sonra dostumuz, Prezident Trampla görüşəcəyəm. BMT-də mən həqiqəti təqdim edəcəyəm, bu, İsrailin həqiqətidir, lakin bu, həm də şər qüvvələrə qarşı ədalətli mübarizəmizlə bağlı obyektiv həqiqətdir. Mən həm də həqiqi sülh, gücdən gələn sülh baxışımızı təqdim edəcəyəm", - o deyib.
Dahav əvvəl Böyük Britaniya, Kanada və Avstraliya Fələstin dövlətini rəsmən tanıyıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью