Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İsrailin baş naziri Binyamin Netanyahu gələn həftə Vaşinqtona səfər etməyəcək. Orada 19 fevral tarixində birinci “Sülh Şurası” iclası planlaşdırılmışdı.
Redaktor.az bu barədə İsrail hökumətinin kanselyariyası məlumat yayıb.
Kanselyariyanın açıqlamasında bildirilir ki, baş nazir həmçinin ABŞ-da keçiriləcək Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) illik iclasında məsafədən iştirak edəcək. “Baş nazir Netanyahu AIPAC konfransında məsafədən iştirak edəcək və buna görə də gələn həftə Vaşinqtona səfər etməyəcək”, – deyə açıqlamada qeyd olunub.
Yanvarın 22-də 19 ölkənin nümayəndələri Davosdakı Dünya İqtisadi Forumunda Qəzza Sektorunda sülhün təmin olunması çərçivəsində yaradılan Sülh Şurasının Nizamnaməsini imzalayıblar. Vaşinqtondakı rəsmilər bildirib ki, digər dövlətlər də təşkilata qoşulub. Şura İsrail və radikal Fələstin Hərəkatı HƏMAS arasında Qəzzanı idarə etmək üçün yaradılıb, lakin digər regionlarda qarşıdurmaların qarşısının alınması və həlli ilə də məşğul olacağı gözlənilir.
Əvvəllər Rusiya XİN rəhbəri Sergey Lavrov da qeyd etmişdi ki, Moskva hazırda Sülh Şurasına münasibətdə mövqeyini işləyib hazırlayır və “Qərb və Şərqdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında çoxsaylı ölkələrin bu ideyaya nə dərəcədə ehtiyatla yanaşdığını” nəzərə alır.
Rusiya prezidenti Vladimir Putin isə daha əvvəl bildirmişdi ki, Moskva Qəzzada sülhün təmin olunması üçün yaradılan Sülh Şurasına ABŞ-də dondurulmuş aktivlərindən 1 milyard dollar göndərməyə hazırdır. Onun sözlərinə görə, Rusiya bunu Şuraya qatılma və fəaliyyət məsələləri həll olunmamışdan əvvəl də edə bilər.
Xədicə BAXIŞLI