Netanyahu: “Girovlarımızın təhlükəsizliyini təmin etməyə çağırıram”

30.01.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


İsrail baş naziri Binyamin Netanyahu bu gün Qəzza zolağının Xan Yunus şəhərində iki israilli əsirin azad edilməsi ilə bağlı ortaya çıxan görüntüləri “böyük ciddiliklə” izlədiyini bildirib.
Reyting.az
xəbər verir ki, baş nazirin açıqlamasını mətbuat xidməti yayıb.
“Mən vasitəçiləri belə dözülməz mənzərələrin bir daha təkrarlanmamasını təmin etməyə və girovlarımızın təhlükəsizliyini təmin etməyə çağırıram”, - Netanyahu bildirib.
Məhkum mübadiləsinin üçüncü turunda Qəzzada üç İsrail və beş taylandlı əsir Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib.
Əsirlərin azad edilməsi zamanı böyük ruh yüksəkliyi, həyəcan və izdiham yaşanıb.
V. QULİYEV

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью