Netanyahu girovların azad edilməsi üçün intensiv danışıqlar getdiyini açıqlayıb

15.04.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail rəsmiləri hazırda Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün intensiv danışıqlar aparır.

APA xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu girovların yaxınları ilə söhbətində deyib.

"Baş nazir onları girovların azad edilməsi üçün atılan addımlar və bu günlərdə aparılan intensiv danışıqlar barədə məlumatlandırıb. Baş nazir həm diri, həm də ölü bütün girovların qaytarılmasına sadiqliyini bir daha bəyan edib", - baş nazirin ofisinin bəyanatında deyilir.

Qeyd edək ki, İsrail tərəfinin son məlumatına görə, HƏMAS hazırda Qəzzada 24 diri və 35 ölü girovun cəsədini saxlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью