Netanyahu HƏBS EDİLƏCƏK? “Bunu ehtimal etmək çətindir, amma…” Yeni Çağ Media | Icma.az
Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin order verməsi ictimaiyyətin hüquqi, insani və mənəvi reaksiyasının təcəssümüdür.
Çünki dünyada, dinindən, dilindən, irqindən asılı olmayaraq, Qəzzada yaşanan humanitar fəlakətə qarşı beynəlxalq ictimaiyyətin bir reaksiyası mövcud idi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin order verməsi məsələsinə toxunub.
Onun fikrincə, bu formada çıxarılan qərarları, ümumiyyətlə, alqışlamaq lazımdır: “Çünki, ən azı, bu, hüquqi etirazın formasıdır.
Biz özümüz də həmişə işğala, genosidə və qırğına məruz qalmışıq.
Hətta bir zamanlar Ulu öndər Heydər Əliyevin ciddi cəhdləri nəticəsində qəbul edilən qərarları, görün, indi necə alqışlayırıq.
Tam oxu
Xəbəri oxu